19 C
Baku
Tuesday, April 16, 2024

MİDA üçün yeni 15 mərtəbəli binanı bu şirkətlər tikəcək

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 15 mərtəbəli binanın tikintisi üçün tenderə yekun vurub.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 – 1 nömrəli 15 mərtəbəli 1 bloklu yaşayış binasının və 14 nömrəli 2 mərtəbəli uşaq bağçasının tikintisi üzrə “Yar İnşaat Təmir Tikinti” MMC ilə “Araz İnşaatçı” MMC konsorsiumu qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqaviləsi bağlanmışdır.

Bundan başqa Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Füzuli şəhərində 8,90 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar keçirilmiş açıq tenderin nəticələrinə əsasən  Lot-4 – 19, 20, 21, 22, 23 və 24 nömrəli yaşayış binalarının tikintisi üzrə “El-Seym İnşaat” QSC ilə “SNT İnşaat” Şirkəti konsorsiumu qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqaviləsi bağlanmışdır.

Son xəbərlər
Digər xəbərlər