“MİDA” MMC Hünər İnşaat Firması ilə 8.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xocalı şəhərində 3,34 ha ərazidə yerləşən 15 (on beş) ədəd çoxmənzilli yaşayış binasının əsaslı təmiri və ərazinin abadlaşdırılması işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 8.501.306,19 AZN təşkil edir.