Azərbaycan Respublikası Prezidentinin “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 24 noyabr tarixli 375 nömrəli, “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 534 nömrəli və “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Prezident fərman imzalayıb.
Fərmanda deyilir,
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1415; 2017, № 11, maddə 2018; 2018, № 2, maddə 218) ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissəyə “orqanlarının” sözündən sonra “, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən şəhərsalma fəaliyyətinə münasibətdə) (bundan sonra – Agentlik)” sözləri əlavə edilsin;
1.2. 3-cü hissənin adına və 3.1-ci bəndə “orqanları” sözündən sonra “, Agentlik” sözü əlavə edilsin;
1.3. 3.2-ci, 3.3-cü, 3.4-cü, 3.5-ci bəndlərə, 3.5.1-ci, 5.1.1-ci (birinci halda) və 5.1.2-ci yarımbəndlərə ismin müvafiq hallarında “orqanları” sözündən sonra ismin müvafiq hallarında “və Agentlik” sözləri əlavə edilsin;
1.4. 3.3-cü bəndə “orqanından” sözündən sonra “və Agentlikdən” sözləri əlavə edilsin;
1.5. 4.1-ci bəndə “sərhədləri daxilində” sözlərindən sonra “(Agentliyin sərəncamındakı torpaq sahələri istisna olmaqla)” sözləri əlavə edilsin;
1.6. 5.1.3-cü yarımbəndin birinci cümləsinə “bölmələrinə” sözündən sonra “və Agentliyə” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 540; 2017, № 4, maddə 548; 2018, № 11, maddə 2240) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.6-cı bəndə “başçısının nümayəndəliyinin” sözlərindən sonra “(Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə inşa edilən tikinti obyektlərinə münasibətdə həmin Agentliyin nümayəndəsinin)” sözləri əlavə edilsin;
2.2. 3.9-cu bəndə “başçısının nümayəndəliyinə” sözlərindən sonra “(Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə inşa edilən tikinti obyektlərinə münasibətdə həmin Agentliyə)” sözləri əlavə edilsin;
2.3. 4.2.8-ci yarımbənddə “aidiyyəti yerli icra hakimiyyəti orqanının” sözləri “tikintiyə icazə verən orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 527; 2018, № 2, maddə 221, № 8, maddə 1678, № 12 (I kitab), maddə 2594; 2019, № 4, maddə 616) ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.17-ci bəndin birinci cümləsində “müvafiq yerli icra hakimiyyəti orqanına müraciətinə əsasən həmin orqanın” sözləri “tikintiyə icazə verən orqana (quruma) müraciətinə əsasən həmin orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
3.2. 2.18-ci bənddə “Müvafiq yerli icra hakimiyyəti orqanı” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;
3.3. 2.19-cu bənddə ismin müvafiq hallarında “müvafiq yerli icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.