15 C
Baku
Friday, April 26, 2024

“MİDA” yeni yaşayış binalarını tikəcək şirkətləri seçir- tender

Mənzil İnşaatı Dövlət Agentliyi yanında “MİDA” MMC 5 lot üzrə tender keçirir.

lot 1 – 7 nömrəli, 7 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü seksiyalarının tikintisi işləri,

lot 2 – 7 nömrəli, 7 mərtəbəli binanın 4-cü və 5-ci seksiyalarının tikintisi işləri,

lot 3 – 8 və 9 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 13 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işləri,

lot 4 – 10 və 11 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 14 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işləri,

lot 5 – 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işləri.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Cəlil Məmmədquluzadə 85Z (Əlaqələndirici şəxs :Vəliyev Zahid Musa oğlu, telefon :(012) 505-65-37 (238)) ünvanından ala bilərlər

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər