Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yevlaxda sosial evlərin tikintisinə başlayacaq.
Banker.az xəbər verir ki, “MİDA” MMC “Yevlax şəhəri, Rəşid Budaqov küçəsi, 1 ünvanında 1.9 ha torpaq sahəsində çoxmənzilli yaşayış binaların tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinin satın alınması” ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Tenderin qalibi “Global Engineering Managment Company” MMC-dir. “MİDA” qalib şirkətə 214 min 500 manat ödəyəcək.