4 C
Baku
Saturday, December 20, 2025

MİDA Yevlax Yaşayış Kompleksindən mənzillləri satışa çıxarır

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr 11:00-da başa çatacaq.

Bunu qurumun mətbuat katibi Diana Dadaşova bildirib.

Onun sözlərinə görə, satış prosesi “Güzəştli mənzillərin satışına dair qaydalar”a uyğun şəkildə aparılacaq: “Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür”.

D. Dadaşovanın sözlərinə görə, Yevlax Yaşayış Kompleksində mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

Studio tipli mənzillərin qiyməti – 41 040 manat,

1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,

2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,

3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.

MİDA rəsmisi əlavə edib ki, satış prosesi tam elektron qaydada və şəffaf mexanizm əsasında aparılacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər