-3 C
Baku
Sunday, December 15, 2024

“MİDA”dan Hövsandakı yaşayış kompleksi üçün 21 milyon manatlıq müqavilə

“MİDA” MMC 2 şirkətlə 21 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər 19 saylı Tikinti Təmir İdarəsi MMC və Enerji Qrup MMC-dir.

19 saylı Tikinti Təmir İdarəsi MMC ilə bağlanmış müqavilədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar Sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi, suvarma sistemi və mövcud kanalizasiya xətlərinin köçürülməsi nəzərdə tutulur. Müqavilənin dəyəri 5 922 125 manatdır.

Enerji Qrup MMC ilə bağlanmış müqavilə isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar Sahəxarici və sahədaxili elektrik enerjisi təminatından ibarətdir. Müqavilənin dəyəri 15 238 450 manatdır.

2 müqavilənin cəmi məbləği isə 21 160 575 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər