9 C
Baku
Monday, November 18, 2024

Mikayıl Cabbarov: “Əsas neft yataqları hasilatın azalması mərhələsindədir”

Azərbaycanın əsas neft yataqları hasilatın azalması mərhələsindədir. Odur ki, növbəti illərdə əsas hədəf qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda nazirliyin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransa video-müraciətində bildirib.

“Doğrudur, qaz yataqlarında hasilat getdikcə artacaq. Lakin bizim dayanıqlı inkişafımızı təmin edən məhz qeyri-neft sektorunun inkişafı olacaq və sahibkarlarımız, o cümlədən, mikro, kiçik və orta biznes ölkə rəhbərliyinin davamlı qayğısı və yeni stimullarla daha yüksək nailiyyətlər əldə edəcəklər. Hesab edirəm ki, növbəti illərdə bizim əsas hədəfimiz qeyri-neft sektorunda istehsal olunan məhsulun ixracı ilə bağlı olmalıdır. Çünki, ixrac edilə bilən məhsul əgər regional və qlobal bazarlarda rəqabətlidirsə, deməli bu məhsul asanlıqla oz yerini Azərbaycan bazarında da tapacaq. Məhz bu istiqamətdə iqtisadi siyasət və dəstək tədbirləri davam etdiriləcək”, – deyə o qeyd edib.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər