Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.963 sahibkara 90,2 mln. ₼, o cümlədən 1.953 kiçik və orta həcmli layihəyə 62,8 mln. ₼ güzəştli kredit verilib.
Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, bu kreditlər hesabına 2.100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.
Güzəştli kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür.








