27 C
Baku
Saturday, July 27, 2024

Mikayıl Cabbarov AYİB-in prezidenti ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov AYİB-in prezidenti xanım Odil Reno-Basso ilə işgüzar müzakirələr aparıb.
Banker.az xəbər verir ki, nazir bununla bağlı rəsmi Twitter səhifəsində yazıb.
O, qeyd edib ki, müzakirələrdə energetika, xüsusilə bərpa olunan enerji, KOB-ların dəstəklənməsi, dövlət müəssisələri ilə əməkdaşlıq, biznes mühiti və informasiya texnologiyaları ekosisteminin yaxşılaşdırılması, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə bankın potensial iştirak imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Nazir paylaşımında əlavə edib ki, perspektivlər əməkdaşlığın dərinləşdirilməsi üçün cəlbedicidir.
Son xəbərlər
Digər xəbərlər