11 C
Baku
Sunday, November 17, 2024

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu açıqlayıb

Növbəti beşillik ortamüddətli dövrdə Azərbaycanda ÜDM-in ortaillik real artım tempi 4,2%, qeyri-neft ÜDM-in ortaillik artım tempi isə 5,2% səviyyəsində olacağı proqnozlaşdırılır.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda Bakıda təşkil olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu il üçün İqtisadiyyat Nazirliyinin baxılmış proqnozları əsasında illik real artım tempinin 4,8% səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozlardan əhəmiyyətli dərəcədə çşoxdur.

“Eyni zamanda, 2025-ci ilədək qeyri-neft ixracının həcminin iki dəfə artırılması, ÜDM-də özəl sektorun payının 88%-ə, qeyri-neft sektoru üzrə ÜDM-də kiçik və orta bizneslərin payının isə 35%-ə çatdırılması hədəflənir”, – deyə M. Cabbarov qeyd edib

Son xəbərlər
Digər xəbərlər