“Azərbaycana özəl investisiyaların cəlb edilməsi üçün dövlət resursları ilə yanaşı, yeni mexanizmlərin işlənib hazırlanması, yeni mühitin formalaşdırılması lazımdır”.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda artım perspektivləri” adlı forumda çıxışı zamanı bildirib.
O, Dünya Bankı ilə gələcək əməkdaşlığa ümid etdiyini vurğulayıb.
Nazirin sözlərinə görə, Dünya Bankı Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verib: “Azərbaycan Dünya Bankı ilə ölkənin işğaldan azad edilmiş ərazilərinin infrastrukturunun bərpasına yönəlmiş layihələr, o cümlədən bərpa olunan enerji mənbələrinin yaradılması və “yaşıl” iqtisadiyyata keçid layihələri üzrə əməkdaşlıq edir”.
M.Cabbarov deyib ki, Azərbaycan hidrogen istehsalı sahəsində də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.