11 C
Baku
Tuesday, November 26, 2024

Mikayıl Cabbarov Bank sektorunun göstəricilərinin iqtisadiyyata təsirlərindən danışdı

Onlayn kassa aparatları quraşdırılan vergi ödəyicilərinin dövriyyələrinin 55% artması ticarət sektorunun daxilolmalarının artım tempini sürətləndirən mühüm amillərdən biridir.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, iqtisadiyyatda “ağarma” proseslərinin miqyasını bank sektorunun bəzi göstəriciləri ilə müşahidə etmək olar.

“Belə ki, nağd pul kütləsinin cəmi pul kütləsində manatla xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 49%-dən cari il iyunun 1-nə 44%-ə enib. Plastik kartlar və ölkədaxili əməliyyatlarda isə nağd pulun çıxarılmasının xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 73%-dən cari il iyunun 1-nə 60%-ə enib. Digər bir misal, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari il iyun ayının 1-də sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı 47% artıb” – deyə nazir qeyd edib.

Son xəbərlər
Digər xəbərlər