Bu il Avropa İttifaqı ilə ticarət dövriyyəsi rekord səviyyəyə çatacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.
Nazir qeyd edib ki, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur: “Belə ki, son 10 ildə Aİ-nin Azərbaycanda 700-dən çox şirkəti fəaliyyət göstərir. Ölkəyə qoyulan investisiya $20 mlrd.-dan çoxdur”.