15 C
Baku
Saturday, April 27, 2024

Mikayıl Cabbarov: “Bu il ölkəni Qarabağın işğaldan azad edilməsi ilə 3,4% iqtisadi inkişaf gözləyir”

“Azərbaycan koronavirus (COVID-19) pandemiyasının təsiri ilə ötən il 4,3% iqtisadi geriləmə ilə üzləşsə də, bu il ölkə Qarabağın işğaldan azad edilməsi ilə 3,4% iqtisadi inkişaf gözləyir”.

Bunu “Bloomberg” agentliyinə müsahibəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O, həmçinin deyib ki, beynəlxalq təşkilatların da Azərbaycanın iqtisadi inkişafı ilə bağlı proqnozları nikbindir: “2021-ci ildə Dünya Bankı ölkəmizdə 1,9%, Beynəlxalq Valyuta Fondu isə 2% iqtisadi artım proqnozlaşdırır”.

Bundan başqa, nazir əlavə edib ki, 2030-cu ilə qədər Azərbaycan orta illik iqtisadi inkişaf tempini 2 dəfə artıraraq 7%-ə çatdırmağı qarşıya hədəf qoyub.

M.Cabbarov ölkədə koronavirus əleyhinə vaksinasiyanın başladığını və iqtisadiyyatın qapanmış sahələrinin inkişaf edəcəyinə inandığını da qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər