Mikayıl Cabbarov bu rayonlarda vətəndaşları qəbul etməyi planlayır

Beyləqan, Ağcabədi, İmişli, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd rayon və Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Kəlbəcər rayon sakinlərinin nəzərinə!

Banker.az-a bu barədə Nazirlikdən deyilib.

Vergilər naziri Mikayıl Cabbarov 15 oktyabr 2018-ci il tarixində saat 14:00-da Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Ağdam, Füzuli, Cəbrayıl, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 12-13 oktyabr 2018-ci il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə və İmişli rayonunda vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

16 oktyabr 2018-ci il tarixində saat 10:00-da Şəmkir rayonunda 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinləri də qəbul ediləcək.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.