23 C
Baku
Monday, September 16, 2024

Mikayıl Cabbarov, Ceyhun Bayramov və Rəşad Nəbiyev Özbəkistan Prezidentinin qəbulunda olublar

Özbəkistan Respublikasının Prezidenti  Şavkat Mirziyoyev Azərbaycanın XİN başçısı Ceyhun Bayramovu, iqtisadiyyat naziri Mikayıl Cabbarovu, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevi qəbul edib.

Banker.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində paylaşım edib.

Nazir qeyd edib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər