İqtisadiyyat Nazirliyində Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüş olub.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında yazıb.
Nazir qeyd edib ki, görüşdə Azərbaycan və Dağıstan arasında qarşılıqlı etimad üzərində qurulmuş əməkdaşlıq və iqtisadi əlaqələrin daha da genişləndirilməsi barədə fikirlər bölüşülüb.