23 C
Baku
Sunday, July 3, 2022

Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Dünya İqtisadi Forumunun (World Economic Forum) prezidenti Borge Brende ilə görüşdə uzunmüddətli səmərəli əməkdaşlığımız, ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsi istiqamətində görülən işlər və Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlardan bəhs etdik.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi twitter səhifəsində yazıb.

Həmçinin, İqtisadiyyat Nazirliyindən bildirilir ki, davamlı və dayanıqlı inkişafın Dördüncü Sənaye İnqilabının (4Sİ) tələbləri ilə sıx əlaqəli olduğunu diqqətə çatdıran nazir Mərkəzin fəaliyyətinin ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Görüşdə 4Sİ texnologiyaları və rəqəmsal iqtisadiyyat haqqında məlumatlılığın artırılmasının, bu sahədə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının önəmi diqqətə çatdırılıb.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende təşkilatın Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib, ölkəmizin inkişafının qlobal çağırışlarla uzlaşdığını vurğulayıb. Qeyd olunub ki, Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması bu sahədə aparıcı ölkələrlə tərəfdaşlığın inkişafına, 4Sİ texnologiyalarının tətbiqinin genişlənməsinə şərait yaradacaq.

Tərəflər Dünya İqtisadi Forumu ilə əlaqələrin gücləndirilməsi, 4Sİ texnologiyaları sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinin sürətləndirilməsi  və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

mikayil cabbarov

borge brende

Son xəbərlər
Oxşar xəbərlər