28 C
Baku
Saturday, July 27, 2024

Mikayıl Cabbarov: Gələcəkdə BTQ-nin yükgötürmə qabiliyyəti 15 mln. tondan çox olacaq

Gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin illik yükgötürmə qabiliyyəti 15 mln. tondan artıq olacaq.

Bunu “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclası zamanı Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, BTQ ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük rol oynayır və oynayacaq. 

Hazırda sözügedən dəmir yolu xəttinin yükgötürmə qabiliyyəti 6 mln. ton,  sərnişingötürmə qabiliyyəti isə 1 mln. nəfər təşkil edir.

©APA

Son xəbərlər
Digər xəbərlər