Vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə yeni missiya rəhbəri xanım Nataliya Tamirisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Vergilər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə IMF ilə Nazirlik arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.