25 C
Baku
Wednesday, July 16, 2025

Mikayıl Cabbarov: “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycanda “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, sənədin məqsədi Azərbaycanda innovasiyaların sürətlə yaradılması və mənimsənilməsi, eləcə də yeni nəsil texnoloji həllərin tətbiqi vasitəsilə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasıdır. Hazırda qanun layihəsi hökumətdə baxılma mərhələsindədir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər