8 C
Baku
Sunday, November 17, 2024

Mikayıl Cabbarov: “İqtisadiyyatın transformasiyası CAREC əməkdaşlığı üçün alət rolunu oynayacaq”

“Rəqəmsallaşma və bununla bağlı iqtisadiyyatın transformasiyası CAREC çərçivəsində regional əməkdaşlığın daha da genişləndirilməsi üçün alət rolunu oynayacaq”.

Bunu bu gün keçirilə 20-ci Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) Nazirlər Konfransında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, “CAREC Rəqəmsal Strategiya 2030”, ölkə rəhbərliyinin təşəbbüsü ilə baş verən dəyişikliklərə öz töhfəsini verəcək: “CAREC-in 2021-ci ilin sədri kimi, Azərbaycanın daha güclü regional əməkdaşlığın və inteqrasiyanı təşviqini davam etdirmə öhdəliyini ifadə etmək istəyirəm”.

Birgə bəyanatda nazirlər CAREC Proqramını COVID-19 pandemiyasının çağırışlarına uyğunlaşmasına görə yüksək qiymətləndirib və digər prioritet sahələrlə yanaşı regionda iqtisadi dayanıqlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və ticarətin asanlaşdırılması sahəsində əldə olunan irəliləyişləri qeyd ediblər.

Yüksək səviyyəli strategiya və siyasət qurumu kimi CAREC inkişaf tərəfdaşları tərəfindən dəstəklənən üzv ölkələr arasında əməkdaşlıq vasitəsilə iqtisadi artımı və davamlı inkişafı təşviq edir. 2001-ci ildən bəri CAREC çərçivəsində maliyyələşmə, 213 regional layihə üçün 40 milyard ABŞ dollara çatıb. Bunun 15 milyard ABŞ dolları ADB-dən, 16 milyard ABŞ dolları tərəfdaşlarından və 9 milyard ABŞ dolları CAREC hökumətlərindən ayrılıb.

Layihələr avtomobil və dəmir yollarının səmərəliliyinin artırılmasına, sərhəd-keçidlərin sadələşdirilməsinə və milyonlarla insanın enerjiyə çıxışının yaxşılaşdırılmasına kömək edib.

ADB, ifrat yoxsulluğu aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, dayanıqlı və davamlı Asiya və Sakit Okean regionuna nail olmaqda qərarlıdır. Bank 1966-cı ildə yaradılıb və 49 bölgədən 68 üzvə malikdir.

Son xəbərlər
Digər xəbərlər