12 C
Baku
Saturday, November 23, 2024

Mikayıl Cabbarov: “İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin tətbiqinə baxılır”

“Son on ildə ölkə iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 57 milyard ABŞ dolları təşkil edir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti iş adamları üçün biznes mühiti və investisiya cəlbediciliyinin təmin edilməsinə çalışır: “Ölkədə ÜDM-in 85 %-indən çoxu özəl sektorun payına düşür. Azərbaycan iqtisadi fəallığın təşviqi, əlverişli biznes mühitinin yaradılması üçün stimullaşdırma mexanizmlərindən geniş istifadə edən ölkədir.

Hazırda Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən 2022-2026-cı illər üzrə ölkənin strateji inkişaf strategiyası hazırlanır. Eyni zamanda, biz gələcəkdə işğaldan azad edilmiş ərazilərə vergi güzəştlərin tətbiqi məsələsinə baxırıq”.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər