12 C
Baku
Monday, November 25, 2024

Mikayıl Cabbarov “MEDEF International”ın CEO-su ilə görüşüb

Fransanın “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib.

Banker.az Nazirliyə istinadən xəbər verir ki, nazir görüşdə bildirib ki, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərir, bir sıra infrastruktur layihələrinin reallaşmasında podratçı kimi iştirak edirlər. Fransa nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi inkişafının əsas prioritetləri və Azərbaycan İnvestisiya Holdinqinin dövlət şirkətləri ilə bağlı həyata keçiridiyi islahatlar, tətbiq edilən müasir korporativ idarəetmə metodları barədə məlumat verilib.

Filip Qotye Azərbaycanın regionda etibarlı tərəfdaş olduğunu vurğulayıb, “MEDEF International”ın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə səmərəli əməkdaşlığı davam etdirəcəyini bildirib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycanın Avropa şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitinə malik olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-Fransa iqtisadi-ticarət əlaqələrinin inkişafı, nəqliyyat, enerji, o cümlədən hidrogen istehsalı və s. sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.

 

Son xəbərlər
Digər xəbərlər