8 C
Baku
Thursday, December 12, 2024

Mikayıl Cabbarov Naxçıvana gedib – Yenilənib

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasına gedib.

Nazir bu gün Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində sahibkarlarla görüş keçirəcək.

Görüşdə sahibkarların yeni təklifləri dinləniləcək, bu sahənin inkişafı istiqamətində görüləcək işlər müzakirə olunacaq.

***

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Naxçıvan şəhərindəki Biznes Mərkəzində sahibkarlarla görüşüb.

Görüş çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr aparılıb.

Bildirilib ki, Naxçıvanın iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmləri tətbiq ediləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər