19 C
Baku
Wednesday, June 18, 2025

Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda çıxış edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində təşkil edilən “Resursların dayanıqlılığının təşviqi” adlı panel sessiyada çıxış edib.

Bu barədə nazir özünün “X” hesabında paylaşım edib.

“Enerji, su və qida sistemlərinin qarşılıqlı əlaqələrindən düzgün istifadənin əhəmiyyətini vurğuladıq. Dayanıqlı inkişaf öhdəliklərinə əməl olunması, karbonsuzlaşma, iqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi, innovativ həllərin tətbiqi kimi faktorlar bu kontekstdə önəm kəsb edir”, – deyə nazir paylaşımında qeyd edib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər