Qeyri-neft sənayesində 12.8 faiz artım olub.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2021-ci ilin yanvar ayı üzrə qeyri-neft sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 1 milyard 28 milyon manat təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 12.8 faiz artıb. Qeyri-neft emal sənayesi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb”, – deyə nazir bildirib.