İqtisadiyyat Nazirliyində Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə görüş olub.
Banker.az xəbər verir ki, bu barədə nazir öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin əhəmiyyətini vurğulanıb, iqtisadi-ticarət əməkdaşlığının daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.