2019-cu ildən indiyə qədər Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 362,9 min, o cümlədən qeyri-neft-qaz sektorunun özəl bölməsində 330 minə yaxın artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
“Bu artım əmək bazarının “ağardılması” istiqamətində həyata keçirilən səmərəli islahatların uğurlu nəticəsidir”, – deyə o qeyd edib.