İqtisadiyyat Nazirliyində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüş olub.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında yazıb.
Nazir qeyd edib ki, görüşdə türk dövlətlərinin uğurlu tərəfdaşlığının əhəmiyyəti vurğulanıb. Üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq platformalarının yaradılması barədə müzakirələr aparılıb.