İqtisadiyyat Nazirliyində Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayevlə görüş olub.
Banker.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində paylaşım edib.
Nazir qeyd edib ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafını məmnunluqla vurğulanıb və sıx münasibətlərin iqtisadi əməkdaşlığımız üçün yaratdığı imkanlar barədə danışılıb.