İqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə müasir tekstil klasterlərinin fəaliyyəti ilə tanış olub.
Banker.az xəbər verir ki, nazir öz rəsmi Twitter səhifəsindəki paylaşımında “Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşdüyünü də qeyd edib.
Nazir vurğulayıb ki, görüşdə biznes qurumları arasında əlaqələrin genişlənməsinin ölkələrimizin iqtisadiyyatı üçün faydalarından danışılıb.