14 C
Baku
Wednesday, April 24, 2024

Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov avqustun 27-də, saat 11:00-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Banker.az-a verilən məlumata görə, qəbul Sumqayıt şəhəri, 44-cü məhəllə, İ.Quliyev küçəsi, 2 ünvanında yerləşən 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında keçiriləcək.

Qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan sakinlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 21-24 avqust 2018-ci il tarixlərində Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinə, Sumqayıt və Xırdalan şəhərlərində, habelə Xızı və Siyəzən rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər