Vergi sistemində həyata keçirilən islahatlar vergi inzibatçılığının innovativ əsaslarla qurulması, şəffaflığın təmin edilməsi və biznes mühitinin təkmilləşməsinə əhəmiyyətli töhfələr verir.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Bu gün vergi xidməti işçilərinin peşə bayramıdır. Həmkarlarımıza bu məsuliyyətli işlərində uğurlar arzulayırıq”, – nazir qeyd edib.