Bu ilin yanvar-avqust aylarında özəl sektora dövlət dəstəyi çərçivəsində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48.4 milyon manat güzəştli kredit verilib.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.