24 C
Baku
Thursday, April 18, 2024

Mikro Biznes Kreditləri (17.01.2014)

Biznesini genişləndirmək istəyənlər üçün banklar kredit faizlərini günü gündən sadələşdirir.  Təbii ki, banklardan yüksək məbləğlər əldə etmək istəyənlər məbləğdən asılı olaraq banka zamin və yaxud girov təqdim etməlidirlər.  Biznes kreditlərində məbləğ yüksək olduğu üçün sizdən girov olaraq biznesini ev və yaxud mənziliniz tələb oluna bilər. Bəzi banklarda isə  girov təqdim etməyinizə baxmayaraq, bankın tələblərinə uyğun olaraq zamin də tələb olunur.

Banka biznes krediti üçün müraciət etdiyiniz zaman sizin banka təqdim edə biləcək girova baxış keçirəcəklər daha sonra isə sizə kreditin verilib verilməməlisinə qərar veriləcəkdir.

Hər bankın müxtəlif şərtlər altında kredit verdiklərini nəzərə alsaq,  kredit əldə etmək üçün bir banka yaxınlaşmadan öncə  bütün banklarda real təqdim olunan kreditlərin şərtləri ilə tanış olmağınız məsləhətdir.

Hazırda reytinqdə gördüyünüz bütün banklardan kreditlər əldə etməyiniz mümkündür. Lakin ölkədə bir neçə banklar var ki, siz bu banklardan daha rahat sürətli və aşağı şərtlər ilə kreditlər əldə edə bilərsiniz.

Banker.az saytı olaraq bankların ekspertləri ilə birlikdə ən sürətli, rahat və ən real kredit təqdim edən bankların siyahısı hazırlandı.

Banker.az –ın Sizə tövsiyyə etdiyi banklar

Access Bank ölkə üzrə daha çox və daha rahat şəkildə mikro biznes kreditləri verdiyinə görə sıralamada ilk olaraq onu qeyd etməyimiz düzgün olardı.  Access Bankdan sonra ölkə üzrə daha çox və daha rahat şəkildə biznes kreditləri verən təşkilat Finca BOKT-dır. 10.000 manat üçün  Finca BOKT-nın faizi 24 faizdir. Bu kredit təşkilatlarından sonra UniBankı qeyd etmək olar ki, ölkə üzrə biznes kreditlərinin daha rahat və daha asan şəkildə verir. Burada isə faiz dərəcəsi ilk dövr üçün 28 faizdir.

Sonrakı sıralamada Amrah Bank, Nikoil Bank, Bank of Baku və VF Azər Krediti demək olar. Son adı  çəkilən 4 kredit təşkilatının sıralaması isə çətindir. Çətin olmasına səbəb bu təşkilatların Regionlarda və Bakı şəhərində apardıqları kredit siyasətidir. Nikoil Bank, Bank of Baku və Amrah bank daha çox Bakıda, VF Azər kredit isə daha çox regionlar üzrə kreditlərin verilməsində aktivdir.

Banker.az Ekspertinin tövsiyyə etdiyi kreditlər

[table id=14 /]

Qeyd edək ki, reytinq banklardan Müştəri qismində əlaqə saxlanılaraq bankların göstəricilərinə əsasən hazırlanmışdır. Əgər bankla əlaqə saxladığınız zaman Sizə fərqli məlumatlar verilibsə aşağıda şərh yazmağı unutmayın!

Banklarda olan bütün mikro kreditlərin reytinqi

İndi isə ölkəmizdəki digər bankların biznes kreditləri üzrə təqdim etdikləri kreditlərin şərtləri ilə tanış olaq.

Kredit haqqında daha ətraflı məlumat almağınız üçün bankın və ya məhsulun adına klik edin.

[table id=13 /]

Redaksiya ilə əlaqə (012) 595 03 95

Son xəbərlər
Digər xəbərlər

7 ŞƏRH

Comments are closed.