Mikro kreditlər – kiçik biznes və ya peşə sahiblərinin öz işlərini böyütmək məqsədilə əldə etdiyi kreditlərdir.Bu kreditlərin istehlak kreditlərindən fərqli cəhətləri mövcuddur. Bildiyimiz kimi, nağd istehlak kreditləri rəsmi gəlirləri təsdiq edən sənəd əsasında rəsmiləşdirilir və rəsmiləşmə prosesi Bankın filialı daxilində baş verir. Mikro / biznes kreditlərində isə bu proses nisbətən uzun çəkə bilir. Belə ki, kredit mütəxəssisi tərəfindən müştərinin biznesinə (bəzi hallarda isə hətta evinə) baxış keçirilir.
Müəyyən əmsallar vasitəsilə müştərinin mənfətt – zərər və digər hesabatları tərtib edilir. Əldə edilmiş məlumatlar əsasında kredit müraciəti məbləğdən asılı olaraq kiçik və ya orta kredit komitələrinə çıxarılır. Komitə üzvlərinin müsbət qərar verərsə kredit ayrılır. Mikro – biznes kreditləri demək olar ki bütün hallarda təminatla rəsmiləşdirilir.
Daha kiçik məbləğlərdə (adətən 10 – 15 min AZN-dək) təminat olaraq rəsmi iş yeri olan şəxslərin zaminliyi tələb edilir. Nisbətən yuxarı məbləğlərdə isə təminat qismində daşınar və daşınmaz əmlak, qızıl zinət əşyaları və s. çıxış edə bilər. Ümumilikdə mikro – biznes kreditlərində maksimum məbləğ adətən Bankın yanaşmasından asılı olaraq 30 000 – 50 000 AZN civarında olur.
Monitorinq qrupumuz bu dəfəki araşdırmasında mikro – biznes kreditlərini təklif edən Banklar və onların şərtlərini təhlil edib. Qeyd edək ki, istehlak kreditlərindən fərqli olaraq bu kreditlərdə standart kredit şərtlərindən kənarlaşma halları daha çox olur. Çünki kredit müraciətləri komitədə qərar verilir və komitə üzvləri müsbətə və ya mənfiyə doğru hər hansı bir qərar qəbul etmək səlahiyyətinə malikdirlər. Lakin buna baxmayaraq demək olar ki, bütün Banklarda standart şərtlər toplusu mövcuddur. Aşağıdakı cədvəldə həmin şərtlərlə tanış ola bilərsiniz.
Bank | Məbləğ | Müddət | Faiz | Komissiya | Təminat üzrə bölgü |
Accessbank | 500 – 50 000 AZN | 48 ayadək | Girovla
20 000 AZN- dək : 25% – 28% 30 000 AZN- dək : 24% – 27% 30 000 AZN- dək : 23% Zaminlə Müddət və məbləğdən asılı olaraq 25% – 28% arası dəyişir. |
Girovla : 0%
Zaminlə : 12 ayadək – 1% 18 ayadək – 1.5% 24 ayadək – 2.0% |
20 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir. |
Amrahbank | 300 – 20 000 AZN | 36 ayadək | Girovla
24 ayadək – 22% 25 – 36 ay – 23% Zaminlə Müddət və məbləğdən asılı olaraq 26% – 28% arası dəyişir. |
Girovla : 1%
Zaminlə : 1 ,5% |
10 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir. |
Bank of Baku | 500 – 20 000 AZN | 36 ayadək | Məbləğ 500 – 10 000 AZN olarsa
3 – 12 ay: 25% – 29% 13 – 24 ay: 26% – 30% Məbləğ 10 000 – 20 000 AZN olarsa 3 – 12 ay: 23% – 27% 13 – 24 ay: 24% – 28% 13 – 24 ay: 25% – 29% |
0.5%
(min.20 AZN) |
20 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür |
Bank Respublika | 500 – 50 000 AZN | 36 ayadək | Girovla
10 000 AZN-dək: 18% – 26% 20 000 AZN-dək: 16% – 26% 30 000 AZN-dək: 15% – 23% 50 000 AZN-dək: 12% – 22% Zaminlə 10 000 AZN-dək: 19% – 25,5% |
Girovla : 1%
Zaminlə : 1 – 2% |
10 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir. |
Expressbank | 1000 – 50 000 AZN | 36 ayadək | Girovla
12 ayadək – 22% 13 – 18 ay – 23% 19 – 24 ay – 24% 25 – 30 ay – 25% 31 – 36 ay – 26% Zaminlə 12 ayadək – 24% 13 – 18 ay – 25% 19 – 24 ay – 26% 25 – 30 ay – 27% 31 – 36 ay – 28% |
Girovla
18 ayadək – 0.6% 19 – 24 ay – 0.8% 25 – 36 ay – 1% Zaminlə 12 ayadək – 1% 13-18 ay – 1.5% 19 – 36 ay – 2% |
20 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir. |
Nikoil Bank | 500 – 10 000 AZN | 36 ayadək | 28% | 2% | 10 000 AZN-ə kimi məbləğləri zaminsiz əldə etmək mümkündür |
Rabitəbank | 500 – 20 000 AZN | 36 ayadək | 12 ayadək – 24%
13 – 24 ay – 26% 25 – 36 ay – 24% |
1% | 5 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir. |
Unibank | 500 – 20 000 AZN | 48 ayadək | Girovla – 22%
Zaminlə Müddət və məbləğdən asılı olaraq 24% – 29% arası dəyişir. |
0% | 15 000 AZN-ə kimi məbləğləri yalnız zaminlə əldə etmək mümkündür. Daha yuxarı məbləğlər üzrə daşınmaz əmlak girovu tələb edilir. |