— POS-terminalla ödənişlərdə kəskin artım
Azərbaycanda mikro sahibkarlıq subyektləri üzrə pərakəndə ticarətdə POS – terminal vasitəsilə ödənişlərin həcmi kəskin yüksəlib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin birinci rübü ərzində POS-terminal vasitəsilə ödənişlərin həcmi mikro-bizneslərdə 9.04 milyon manat olub.
Bu da 2023-cü ilin müvafiq dövründə 3.08 mln. manat olmuşdu. Beləliklə, cari ildə illik müqayisədə 5.96 mln. manat və ya 193 faiz çox olub.
Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarına əsasən, işçi sayı 1 – 10 nəfər və illik gəliri 200 min manata qədər olan sahibkarlıq subyektləri mikro sayılır.
Bununla belə, mikro bizneslərin pərakəndə ticarət dövriyyəsinin həcmi illik müqayisədə 28 faiz azalaraq cari ilin I rübündə 49.72 mln. manata düşüb.