15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq üçün daha bir addım atıldı

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə dəstək vermək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi ilə bağlanıb.

Memoranduma əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin iqtisadiyyatın müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün, natura şəklində material, avadanlıq və digər əmlakın 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Ölkə ərazisində fəaliyyət göstərən banklar könüllülük prinsipi əsasında proqramda iştirak edəcək və bu memorandum üzrə tədbirləri əvəzsiz olaraq maliyyələşdirəcək.

Sənədə əsasən, proqram iştirakçılarının müxtəlif bank-maliyyə alətlərinə çıxışı da dəstəklənəcək.

©Report

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər