13 C
Baku
Friday, November 22, 2024

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri məlum olub

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri müəyyənləşib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən dövlət dəstəyi almaq üçün mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən müraciətlərin edilməsi və onlara baxılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər