21 C
Baku
Wednesday, April 17, 2024

Mikro kredit üzrə müştəri təmsilçisi – AFB Bank

AFB Bank Mikro kredit üzrə müştəri təmsilçisi vəzifəsinə vakansiya elan edir.

Gəncə filialı

Vəzifə: Mikro kredit üzrə müştəri təmsilçisi 

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 242

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank məhsulları üzrə (kredit və qeyri-kredit) dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Maliyyə və kredit analizi bilikləri;

  • Yaxşı ünsiyyət bacarıqları;
  • MS ofis proqramlarından mükəmməl istifadə bacarığı;
  • Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı (İngilis dili bilənlərə üstünlük verilir);
  • Komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:
•Yeni xırda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi üçün müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;

  • Xırda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi üçün məhsulların satışını təşkil etmək;
    • Cari müştərilərə çarpaz satışların həyata keçirilməsini təşkil etmək;
  • Xırda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Gəncə filialı – Mikro kredit üzrə müştəri təmsilçisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 20 aprel 2018-ci il.

Son xəbərlər
Digər xəbərlər