15 C
Baku
Tuesday, September 27, 2022

Mikro kreditlər üzrə iş təcrübəsi və karyera inkişafı – ExpressBank

Tələblər:

– Ali iqtisadi təhsil;
– Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilənlərə üstünlük verilir;
– Analitik düşüncə;
– Әla ünsiyyət qurma və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

– Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
– Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
– Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;
– Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.

 

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

Son xəbərlər
Oxşar xəbərlər