31 C
Baku
Monday, July 15, 2024

Azərbaycanda mikro sahibkarların bank hesabları tarixi rekord yenilədi

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan şəxslərin bank hesablarının sayı artaraq tarixi rekord yeniləyib və 463 737-ə yüksəlib. Bu 1 sentyabr 2021-ci il tarixinə olan statistikada belə qeyd edilir.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından daxil olan göstəricilərdə deyilir.

Bu da o dəməkdir ki, son ayda Azərbaycanda mikro sahibkarların bank hesablarının sayı 6 209 ədəd artıb. Bu şəxslərin bank hesablarının sayı ilin əvvəlində 388 975 ədəd idi.

Həmin şəxslərin cari hesablarının sayı isə 569 207 ədəd olmaqla, öncəki aydan 12 512 ədəd çox olub.

Son xəbərlər
Digər xəbərlər