24 C
Baku
Wednesday, October 9, 2024

Mikro sahibkarların sosial sığorta haqlarının 25 faizi ödəyəcəkləri vergidən çıxılacaq

Mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin özlərinə görə ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məqsədilə ödənilmiş sosial sığorta haqqı məbləğinin 25 faizinin gəlir vergisi və sadələşdirilmiş vergidən çıxılması təklif olunur.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Qeyd edilib ki, mikro sahibkarlıq subyektlərinin sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə onların özlərinə görə ödədiyi sosial sığorta haqqı məbləğinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması sosial iqtisadi siyasət çərçivəsində böyük kütləni əhatə edən mikro sahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü olacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər