Mikrobiznes subyektləri 2019-cu ildə vergiləri hesablanmış güzəştlərlə ödəyəcəklər. Bu barədə bu gün jurnalistlərə Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva məlumat verib.
“Mikrobiznes subyektlərindən güzəştlər hesablanmadan və ilin sonunda artıq hesablanmış vergi məbləğinin sonradan qaytarılması şərtilə vergi ödəmək tələb olunmur”, – deyə o bildirib.
Vergi Məcəlləsinə daxil edilən və 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər.
Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir