17 C
Baku
Saturday, May 18, 2024

Mikroçip ixracatında dünya lideri olan ölkələr açıqlanıb

2023-cü ildə qlobal mikroçip ixracatında liderlər Honqkonq, Tayvan, Sinqapur, Çin və Cənubi Koreya olub.

Bu barədə BMT-nin ticarət platformasının məlumatlarında göstərilib.

Belə ki, 2023-cü ildə Honqkonq bir il ərzində 193.5 milyard dollar dəyərində çip tədarük etməklə əsas çip ixracatçısına çevrilib. Honqkonq on ildir ki, çip ixracında dünya lideri olaraq qalır.

İlk beşliyə 166.6 milyard dollarlıq mal ixrac edən Tayvan, Sinqapur (137.9 milyard dollar), Çin (136.3 milyard dollar) və Cənubi Koreya (86.1 milyard dollar) daxil olub.

Mikroçiplərin idxalında lider Çin olub və il ərzində 350.1 milyard dollarlı çip alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər