7 C
Baku
Wednesday, February 28, 2024

Mikrokreditlər üzrə mütəxəssis – AFB Bank

AFB Bank Mikrokreditlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Qəbələ şəhəri.

Əmək haqqı: 700 AZN + bonus

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;
• Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
• Analitik düşünmə və yüksək maliyyə təhlili qabiliyyəti;
• Satış və təqdimat bacarığı;
• MS office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• Potensial mikro biznes müştərilərin cəlb olunması, onların bizneslərinin maliyyə təhlilinin aparılması, kreditləşdirilməsi və kredit müddətində müştərilərin idarə edilməsi;
• Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
• Mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
• Kredit sənədlərinin hazırlanması;
• Kredit portfelinin nəzarəti və idarə olunması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “mikrokreditlər üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Son xəbərlər
Digər xəbərlər