19 C
Baku
Thursday, April 25, 2024

Mikrokreditlər nə deməkdir?

Son zamanlarda mikrokreditlər kredit götürənlər arasında ən çox tələb olunan kreditlərə çevriliblər. Buna görə biz bu mövzudan yan keçə və sizə mikrokreditlərin nə olduqları haqqında məqalə təqdim etməyə bilmərik.

Mikrokreditlər qısa müddətə verilən kiçik məbləğlər hesab edilir. Mikrokreditlərin verilməsi ilə adətən xüsusi mikromaliyyə təşkilatarı (MMT) məşğul olurlar. Lakin son illərdə bu xidmətləri banklar da təqdim etməyə başlayıblar.

Kredit götürənlər üçün mikrokreditlərin əsas üstün cəhəti kreditin tez alınmasındadır. Kredit almağa verilən müraciətin təsdiqlənməsi adətən bir neçə dəqiqə davam edir və kredit götürəndən yalnız anket doldurmaq tələb olunur. Xüsusi hallarda, kredit götürəndən əlavə sənədlər tələb oluna bilər.

Mikrokreditləri almaq tez bir zamanda və əlavə zəhmətsiz kredit almaq istəyən vətəndaşlar üçün rahatdır. Həmçinin bu cür kreditlər hər hasısa səbəbdən (şəxsi sahibkarlara, pis kredit tarixi olan insanlara, qeyri-rəsmi əmək haqqı qazanan insanlara) adi kredit ala bilməyənlər üçün əlverişlidir.

Mikromaliyyələşdirmənin çatışmayan cəhətləri hansılardır?

Yuxarıda yazdıqlarımıza baxmayaraq mikrokreditlər pulsuzluğa qarşı bir çarə deyil. Çünki qeyd etdiyimiz üstün cəhətlərlə yanaşı mikrokreditlərin bir çox çatışmayan cəhətləri də var.
Yüksək faiz dərəcəsi – bir günə 0,8 -2%, bir ildə isə 290- 730%. Buna görə mikrokreditlər bankdan kreditlərin alınmasını əvəz edə bilməzlər və əsasən qısa müddətə kiçik məbləğ lazım olduğu zaman istifadə olunur. Məsələn, əgər sizə təcili olaraq pul lazımdır və əmək haqqınızı almağa hələ bir neçə gün qalıbsa.

Yüksək faiz dərəcələri kredit qaytarılmaması riski ilə əlaqəlidir. Çünki bi neçə dəqiqə ərzində kredit götürəni yalnız şəxsiyyət vəsiqəsi ilə yoxlamaq mümkün deyil. Təbii ki, risk öz təsirini kreditin ödənilməsində əks etdirir.

Mikrokreditlərin digər mənfi cəhəti də MMT-nin qərarlarına görə banklardan fərqli olaraq MMT kreditin dəyərini açıqlamır. Lakin adətən aldadılma hadisələri nadir hallarda olur, çünki MMT daimi müştəriləri cəlb etməkdə maraqlıdır. Adətən, bir dəfə mikrokredit götürən şəxs ikinci dəfə də mikrokredit üçün müraciət edir. Bəzi MMT-lərdə təkrarən müraciət edənlərə hətta aşağı faiz dərəcələri də təklif olunur.

Mikrokredit götürdüyünz zaman nələri nəzərə almaq vacibdir?
Eyni ilə banka müraciət etdiyiniz zaman mikrokredit götürdüyünüz zaman müqavilə bağlayanda onu diqqətlə oxumaq lazımdır. Hətta məbləğin az olmasına baxmayaraq.

Bundan savayı, müqavilə imzalamamışdan öncə müddət və kreditin ödənilməsi haqqında maraqlanmaq lazımdır. Adətən, mikrokreditlərin vaxtında ödənilməmiş kreditə görə cərimələr çox yüksək ola bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər