7 C
Baku
Thursday, December 12, 2024

Mikromaliyyə sahəsinin lideri olan “Accessbank” xüsusi mükafata layiq görülüb

AccessBank Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən xüsusi mükafatla təltif olunub.


Belə ki, bu gün keçirilən IX Azərbaycan mikromaliyyə konfransı çərçivəsində AMFA tərəfdaş təşkilatları müxtəlif nominasiyalar üzrə mükafatlandırıb. AccessBank “İlin üzv təşkilatları-2018” nominasiyası üzrə təltif edilib.

Mükafatlandırma mərasimində çıxış edən AccessBank-ın Pərakəndə və Biznes müştəriləri üzrə İcraçı Direktoru Elşən Pirmalıyev uzunmüddətli əməkdaşlıq üçün AMFA-ya təşəkkür edib: “AccessBank bu əməkdaşlığa xüsusi önəm verir və aldığımız mükafat onu göstərir ki, AMFA da bizə böyük dəyər verir, fəaliyyətimizi obyektiv qiymətləndirir. AccessBank fəaliyyətə başladığı gündən mikro, kiçik və orta sahibkarlıq sahəsinin inkişafına dəstəyi əsas hədəflərindən biri kimi müəyyənləşdirib və bu məqsədə çatmaq üçün əlindən gələni edir. Heç kəsə sir deyil ki, AccessBank mikromaliyyələşmə sahəsinin lideridir və bizim əsas məqsədimiz birinciliyi qorumaqdır“.1

Son xəbərlər
Digər xəbərlər